Rize

SON DAKİKA HABERLERİ RİZE'NİN HABER SİTESİNDE

Azerbaycan Gazetesi, Rizevizyon Yazarı İsmail Tekpınar'la Ses Getiren Bir Röportaja İmza Attı

Azerbaycanda yayın yapan Hürriyet Gazetesi www.rizevizyon.com haber sitemizin köşe yazarlarından İsmail Tekpınar ile oldukça ses getirecek bir ropörtaj gerçekleştirdi

Azerbaycan Gazetesi, Rizevizyon Yazarı İsmail Tekpınar'la Ses Getiren Bir Röportaja İmza Attı

Azeri Türkçesi ve Türkiye Türkçesi ile gerçekleştirilen ropörtajda oldukça ilginç konulara ve dil üzerinde ülkemiz üzerinde oynanan oyunlara değinilip dikkat çekilmiş

"DÜNYADA DİLİ DƏYİŞDİRİLƏN TƏK ÖLKƏ TÜRKİYƏDİR" - Türkiyənin söz adamı İsmayıl Təkpınarla MÜSAHİBƏ ( AZƏRBAYCAN VƏ TÜRKİYƏ TÜRKCƏSİNDƏ) 

“Nədən “TRT-ərəb” var, amma “TRT-Azərbaycan” yoxdur?!”
“Osmanlıcada 600 illik tarix yatır”
"Bu ölkənin övladlarının osmanlıcanı öyrənməsindən rahatsız olanlar var. Əslində bu yabançı dil deyil, əski türkcədir. Bununla biz gerçəkləri öyrənəcəyik. Osmanlıcada yüz minlərcə əsərin yandırılıb, dağıdılması və bu əsərlərdən bir nəslin uzaqlaşdırılması hər halda sıradan bir hadisə deyil, bu bizim şah damarlarımızın qoparılmasıdı. İstəsələr də, istəməsələr də bu ölkədə osmanlıca öyrəniləcək, öyrədiləcək. Dizləri üstə çökürdülən bir mədəniyyəti əlindən tutub qaldıracak olan yenə Sizlərsiniz...".
Türkiyə Cümhuriyyəti prezidenti Rəcəb Tayyib Ərdoğan Osmanlı türkcəsiylə bağlı çıxışlarından birində bu fikirləri söyləyib. Bu gün Türkiyə Cümhuriyyətində osmanlıcanın kütləvi şəkildə öyrədilməsiylə bağlı ikitirəlik yaranıb. Bir tərəf internetdən yararlanmaq imkanı olduğu halda "Quranı-Kərim" hərflərində olan osmanlıcanı öyrənməyi asan saymır və əlavə enerji itkisi hesab edir. Digər tərəf isə Osmanlı türkcəsində 600 illik bir tarixin yatdığını söyləyir və osmanlıcanın daha sürətlə öyrənilməsinə maraqlıdır.


Müsahibimiz osmanlıcanın təbliğinə, geniş yayılmasına ömrünün 25 ilini vermiş, siyasət sahəsi üzrə analitik yazar İsmayıl Təkpınardır. Söhbətimiz əsnasında İsmayıl Təkpınar Osmanlı türkcəsinə qarşı olmanın səbəbləri, Azərbaycan türkcəsinə yaxınlığı, Azərbaycan haqqında düşüncələri və çağdaş Türkiyə türkcəsinin durumundan da söz açdı.


Dosye: İsmayıl Təkpınar ilk, orta məktəbi Türkiyə Cümhuriyyətində Qırıqqala şəhərində oxuyub. Anadolu Universiteti İctimai əlaqələr, xarici ticarət və marketinq, sonra həmin universitetin ictimai tədris bölümünü, daha sonra siə Qırıqqala Universiteti Siyasət bilimi və ictimai tədris bölümünü bitirib.


İsmayıl Təkpınar Osmanlıcaya dörddə bir əsrdir könül verdiyini deyir: "Osmanlıcada oxuduruq, öyrədirik. Öyrəncilərimiz Quran hərflərini bilmirsə, öncə bu hərfləri öyrədib, onun ardınca da osmanlıcanı öyrədirik".
“Osmanlıca keçmişlə gələcəyə körpüdür”

- Kütləvi öyrədilməsində məqsəd nədir?
- Amacımız keçmişlə gələcəyə körpü salmaqdır. Bu dilə Osmanlı İmperatorluğu dönəmindən - on üçüncü yüz ildən başlanıb, amma osmanlıcanın önəmi daha çox on beşinci yüz ildən sonra ağırlıq qazanır. Osmanlıca yabançı dil deyil. Öztürkcədir. Çox böyük bir dildir. Oxuması və anlamı çox zövqlüdür. Bu dildə bir şeriyyət, bir axıcılıq var. Çox qısa və rahat anlaşıla bilinir. "Kitabi-muellime"də yazılır ki, bizim ana dilimiz, lisanımız, yəni rəsmi dilimiz türkcə, ifadəsi isə osmanlıcadır.
“Kamus namusdur”
Bizdə ustadlar belə deyər: kamus namusdur. Yəni bir ölkənin sözlüyü, özü nədirsə, bu onun namusudur.
Yeri gəlmişkən, osmanlıcanın ilk veteranlarından biri “Hayrat” vəqfidir. 1974-cü ildən sonra İstanbulda Kiçik Çəkməçidə “Hayrat” vəqfi bu dilə önəm verməyə başlayıb. Özəlliklə osmanlıcanın genişlənməsində “Hayrat” vakfının əməyi çoxdur. Biz də “Hayrat” vəqfinin könüllü müəllimləriyik. Milli Təhsil Nazirliyimizlə bu vəqfin protokolu imzalanıb. Anlaşmaya görə, bu iş pulsuzdur.


Mən həftədə bir dəfə radio proqramlarına dəvət alıram. Bir dəfə Təhsil Nazirliyindən Nabi Avçıyla bir proqramdaydıq. Nabi Avçı o proqramda söylədi ki, əlimizdə tədris vəsaiti var, müəllimlərimiz var, pul da veririk, amma sizin könüllülər qədər öyrətməyi bacrmırıq. Yəni bu könüllə olan bir işdir. Mən tələbələrimə də hər zaman deyirəm ki, məndə osmanlıcaya bir eşq var, siz də sevərək öyrənmək istəsəniz, mütləq bəhrəsini görəcəksiniz.
- Təxminən nə qədər könüllü var?
- Rəqəmlə ifadə etməkdə çətinlik çəkərəm. Amma bu işə könül verənlər çoxdur. Aralarında alimlər, həkimlər, zabitlər, doktorlar, əmniyyət müdiri və başqa məsləkdə olanlar var. Osmanlıcanın arxivlərdə 600 illik bir tarixi yatır. Bu mövzuya Cümhurbaşkanımız da çox diqqət yetirir.

Çünki keçmişlə gələcəyin arasında bağlantını quramasanız, o zaman yeni nəsil düzgün yetişə bilməz. Bir fatehin, bir vəhdətdinin, Yavuz Sultan Səlimin bu torpaqları necə qorumasını, bu ölkənin necə qazanılmasını yeni nəslin bilməsi lazımdır.
“İnternetdə keçmişlə bağlı çox da səhih bilgi tapılmır”


- Bu məsələ ilə bağlı bir çox gənclərinizlə söhbət etdim. Bəzi gənclər internet zamanında osmanlıcada öyrənməyə əhəmiyyət vermədiklərini dedilər.


- İnternetdən müsbət nöqtədə istifadə etdikdə gözəldir, amma bu işin mənfi tərəfi də var. Texnologiya irəlilədikcə insanların ünsiyyətləri, kitab oxuma alışqanlıqları çox zəiflədi. Zatən internetdə bütün xəbərlər doğru deyil. "Copu-paste" edilmiş, bir çok trollerin atdığı probremli xəbərlər də var, məsələn.


Gənclər deyir bizim internet çağında osmanlıcayla nə işimiz var? Amma internetden keçmişlə ilgili çox da yaxşı bilgi tapa bilmirlər. Bu gün sosial şəbəkələrdə gəzişərkən saatların necə keçdiyini fərqindəsizmi? Bilgini ən sürətli şəkildə əldə edirsiniz, amma ən doğru bilgini deyil. Hər yazılan ən doğru bilgi deyil. Eləcə də hər yazılan dini bilgi də doğru olmaya bilər. Yalnız bazası olan, mərhələlərdən keçib kitablaşmış bilgilər doğrudur. Düzdür, bunların içərisində az-maz yanlışlıqlar olur. Çünki nəticədə onu da yazan bəşər övladıdır. Amma arxivlərdəki bu kitablar bəlli bir komissiyalardan keçib.
“Tarix arxivlərdə gözləyir”
- Kurslarınıza qatılanlar arasında gənclər çoxdurmu?
- Hər kəsimdən var. Universitet məzunları, ədəbiyyat, tarix, ilahiyyat, hüquqda oxuyanlar, ev xanımları, iş adamları və sair. Nədən, deyəcəksiniz? Çünki osmanlıcaya maraqlar artır. Çünki tarix arxivlərdə gözləyir. Keçmişdə əhali ləqəblə tanınırdı. Sonradan soyad qanunu çıxdı. Kökünüz haradandır? Bir araşdırma istəsəniz, gedib arxivlərdən osmanlıcada rahatca araşdıra biləcəksiniz.
- Osmanlıcada neçə hərf var?
- 33. Amma bu məsələdə bir az mübahisə var. Kimisi "lam" hərfini sayır, kimisi saymır. "Lam" hərfini hesaba almayanlar 33 deyir. Farscadan üç hərf gəlib. p, ç, j. Amma osmanlıca əslində nə ərəbcə, nədə farscadır, özgür dildir.
“Könül verib öyrənilsə çox asandır”
- Osmanlıcanı öyrənmənin çox çətin olduğunu düşünənlər də var.


- Xalqın zehnində belə bir fikir yaranıb ki, osmanlıcanı öyrənmək çətindir. 90-cı illərdə mən osmanlıcanı ilk öyrəndiyim zamanlarda hoca da, mənbə də tapılmırdı. İndi bir çox mənbələr var, keçmişdəki kimi deyil, bir tərəfi osmanlıca, bir tərəfi latınca müqayisəli kitablar var. Naşı birisi də baxıb öyrənə bilər. Keçmişdəki çətinliklər hafizələrdə qalıb deyə, zor olduğu düşünülür, amma indi belə deyil. Şəxsən mən deyirəm ki, maksimum 1 saata da osmanlıcanı öyrətməyə iddialıyam. Təbii ki, qarşı tərəfin də buna istəyi olsa.


Osmanlıcanı öyrətdikdə daha çox ilişdiyimiz nöqtə qrammatika ilə bağlıdır. Amma qrammatikayla öyrənməyə kəskin ehtiyac yoxdur. Kimsə osmanlıcayla bağlı akademik karyer qazanmaq istərsə, o zaman qrammatikaya ehtiyac var.
“Osmanlıca Azərbaycan Türkcəsinə daha yaxındır”


- Osmanlıcanın Azərbaycan Turkcəsinə daha yaxın olması haqqında da fikirlər var...
- Əslində çox yaxındır. Azərbaycan bizim qardaşımız olduğu üçün, əlbəttə, yaxındır. Çünki danışıq dili də çox bənzəyir. Zatən dilimiz, dinimiz, adət-ənənələrimiz birdir.


Osmanlıcada gənizdən deyilən bəzi hərflər var. İndi Anadolu ləhcəsində belə deyilişlər var. Amma əslində Osmanlıca ləhcə fərqlərini də ortaya çıxarır. Biz “ne yapyorsun” deyirik. Amma Ege, Ağdəniz tərəflərdə bəzi yerlərdə “ne etcen” deyə səslənirlər. Bunların hamısını osmanlıca özündə toplayıb. Osmanlıcada “lakin” demək, “fəqət” deməkdir, “imdi” “şimdi” deməkdir.
“Önemli olan Qoroğlunu Koroğlu yazmaq deyil...”


- Azərbaycan türkcəsində də "şimdi" yox, "indi" deyilir. Bəzi dilçilər Azərbaycan Türkcəsinin daha zəngin və öztürk olduğunu deyirlər. Hazırda Türkiyə Türkcəsində 29, Azərbaycan Türkcəsində 32 hərf var. Türkiyə Türkcəsində 3 hərfin ( "Q", "Ə", "X") əskik qalması iki qardaş ölkənin insanları arasında bəzən yanlış anlaşmalara gətirib çıxarır. Azərbaycandan bəzi elm adamları hətta belə bir örnək verirlər:

Türkcədə "Q" hərfi yoxdur deyə, türk dünyasında əsrlərdir "Qoroğlu" dastanı dəyişdirilib, "Köroğlu" dastanı olaraq tanıdılıb. Məslən, Osmanlıcada "Q" hərfi varmı?
- "Q" hərfı bizim danışıq dilimizdə səslənir. Osmanlıcada yabançı dildən gələn sözlər necə deyilir, elə də yazılır.

Məsələn, Antono Kuin türkcədə necə səslənir, o şəkildə də yazılır, yəni ingiliscədəki Antony Quinn kimi yazılmır. "Q"nın qarışılığı olaraq bizdə "Koroğlu" kəlimesi "kef" hərfiylə başlanır. Keçmişdən dilimizdə sterotip kəlimələr də var. Bu kəlimələr artıq dəyişilmir. Ədəbiyyatımıza artıq “Koroğlu” olaraq daxil olmuş sözü dəyişmək daha mümkünsüzdür. Bu bir dastandır. Önəmli olan Koroğlunun nə qəhrəmanlıq etməsini bilməkdir.
“Dünyada dili dəyişdirilən tək ölkə Türkiyədir”
- Türkiyədə sonuncu dəfə nə zaman hərf dəyişikliyi olub?
- 1928-ci il 1 noyabrda. Dünyada dili dəyişdirilmiş tək ölkə bəlkə də Türkiyədir. Çox təəssüf ki, Türkiyədir. Əgər dilimizi dəyişdirəcəkdiniz, bunu nədən zorla etdiniz? Mövcud 600 illik tarixi olan bir dilimiz var, bu tarixi, bu kitabları, bu çalışmaları, bilginləri, alimləri heçə sayıb, bir gecədə insanları cahil etdiniz...
“Türkcə sıradan bir dil olmadığı üçün dəyişdirdilər”
- Maraqlıdır, bunu kimlər etdi?
- Peyğəmbər əfəndimizin dövründə də, Osmanlı dövründə də Xaçlıyla Hilalın savaşı olub. Bu gün də o savaş davam edir. Bizim dilimiz nədən dəyişdirildi? Çünki normal, sıradan bir dil deyildi. Necə ki, ingilis generalı əlində Qurani-Kərim deyib: "Biz bu kitabı müsəlmanların əlindən almayınca onları məğlub edə bilmərik".


Bir millətin əxlaqı, mənəviyyatı, inancı yoxsa, o zatən çökər. Əslində bu işlərin ən böyük sıxıntıları Qərbdən gəlir. Bu onların musəlman coğrafiyasındakı şeytan əməllərindən biridir. Onun görə də biz dilimizə sahib çıxmalıyıq. Çünki biz özümüzə döndüyümüz halda qələbə qazanırıq. Keçənlərdə amerikalı bir bilim adamı Osmanlı dönəmiylə ilgili deyir ki, biz gedərik yuksələn ölkələrin hansı məsələdə uğur qazandıqlarını öyrənərik, özəlliklə də Osmanlı dönəmindəki arxivləri araşdırarıq. Necə Osmanlını yıxmaq üçün fitnə toxumları atılıb, indi biz də o toxumları təmizləyib, sağlam toxumlar əkirik.
“Türkiyədə Osmanlıcadan öncə Kirill əlifbası da olub”
- Osmanlıcaya qədər hansı əlifbadan istifadə olunub? Məsələn, kirilcə olubmu?
- Bəli. Tarixin müəyyən dönmlərində kirilcə də olub.


- Dil məsələsiylə bağlı Azərbaycan aydınlarına, ziyalılarına nə sözünüz var?
- İstər Türkiyə olsun, istər Azərbaycan, türk özəlliklə keçmiş əcdadını öyrənməlidir. Əcdadı nələr etmiş, hansı məsələlərdə uğurlar qazanmış, hansılarında qazanmamış, bunlar öyrənilməlidir. Biz özə dönmədiyimiz sürəcə nə bu nəsli, nə bu gəncləri fəlakətlərdən qurtara bilərik. Söhbətimizin əvvəlində də dedim: dil keçmişlə gələcəyə körpüdür.
Azərbaycanlı qardaşlarımızın, prezidentinizin Türkiyənin yanında olmasını çox təqdir edirəm. Bu, Türkiyədəki 15 iyul hadisələrində də bir daha sübut olundu.


İki qardaş ölkənin dil yanlışlığı məsləsinə gəlincə, bu artıq iki dövlət görəvlilərinin işidir. Bizdə Dil Tarix Qurumu var. Sizdə də varmı?
- Azərbaycanda da belə bir qurumun olmasını çox arzu edirik. Çox təəssüf ki, yoxdur və bununla bağlı da çox çətinliklərimiz olur.
“Nədən “TRT-Azərbaycan” yoxdur?”
- Belə bir qurumun olması mütləq gərəkdir. İki qardaş türk arasında söz anlaşmızlaqlarını çözsün deyə. Biz avropalıları təqdir edib, yamsılamaqdansa, öz keçmişimizdən örnək almalıyıq.
Ataların bir sözü var: "Ağır taşı yel atmaz". Biz də necə deyərlər müsəlma

nlara hamilik edirik. Azərbaycan olsun, özbək və ya turkmən olsun, Türkiyə ilə bir-birlərinə güvənirlərsə, kimsə əsla bizim aramızı poza bilməz. Biz nə qədər dik durmağı bacarsaq, özgüvənimiz tavana çatar. Məsələn, mən düşünürəm ki, nədən “TRT-kürd”, “TRT-ərəb” var, amma “TRT-Azərbaycan” yoxdur? Nədən Azərbaycanın tarixi şəxsiyyətləri haqqında filmlər türk televiziyalarında görsənmir? Türk mətbuatında Azərbaycan haqqında çox bilgi yoxdur. Bu məsələlər önəmlidir və edilməlidir deyə düşünürəm. Bu da artık dövlət yetkililərinin üzərinə düşən görəvdir.

Beğendim 2 Muhteşem 0 Haha 0 İnanılmaz 0 Üzgün 0 Kızgın 0

HABERE YORUM YAZIN

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.


yükleniyor
ANKET

Yeni İnternet Sitemizi Beğendiniz mi?

yukarı çık